...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ QAT-A QARABAĞ AKSİYASININ VAXTINI DƏYİŞMƏYİ TƏKLİF EDİB

Siyasət Materials 15 İyul 2005 16:34 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) iyulun 23-də Qarabağ mitinqi keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə iyulun 15-də cavab verilib. Bu barədə Trend ə QAT-dan məlumat verilib. Şəhər rəhbərliyi QAT-ın Qarabağ mitinqi keçirmək təşəbbüsü müsbət qarşılayıb. Lakin həmin gün bir neçə siyasi partiyanın saat 17.00-dan 19.00-dək mitinq keçirmək istəyini nəzərə alaraq QAT-ın aksiyasını saat 14.00-dan 16.00-dək müddət ərzində keçirməsi təklif olunur.

QAT rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinin cavabından razı qalmayıb və bəyan edib ki, Qarabağ məsələsinə bu cür yanaşma yolverilməzdir. İyulun 15-də QAT yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və əvvəlki qərarında qaldığını, yəni, iyulun 23-də saat 17.00-dan 19.00-dək metronun 20 Yanvar stansiyasından başlayaraq "Qələbə" meydanınadək yürüş-mitinq keçiriləcəyi bildirilib.

QAT təkrar müraciətində şəhər icra hakimiyyətini Qarabağ probleminə biganə yanaşmaqda, torpaqların taleyi uğrunda mübarizə aparan insanların müraciəti ilə maraqlanmamaqda ittiham edib.

Təşkilat hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti daha çox beynəlxalq təşkilatların partiyaların mitinqləri ilə bağlı təzyiqlərindən çəkinir, Qarabağ məsələsində isə anti-milli mövqe nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti