...

"LİDER"İN QARŞISINDA KEÇİRİLƏN AKSİYADA 19 NƏFƏR AXCP ÜZVÜ HƏBS OLUNUB

Siyasət Materials 30 İyul 2005 16:16 (UTC +04:00)

İyulun 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) "Lider" televiziyasının qarşısında keçirdiyi etiraz aksiyasında 19 nəfər partiya fəalı həbs olunub. AXCP-dən Trend ə verilən məlumata görə, aksiya zamanı Yasamal rayon polis idarəsi rəisinin müavini Çingiz Məmmədovun rəhbərliyi ilə 100-ə yaxın polis əməkdaşı piketin dağıdılmasında iştirak edib.

Partiyadan bildirilib ki, polis əməkdaşları aksiya iştirakçılarına qarşı zorakılıq törədiblər. Partiya üzvlərindən 19 nəfəri həbs olunaraq Yasamal rayon polis idarəsinə aparılıblar. Aksiya iştirakçılarından müxtəlif bədən xəsarəti alanlar var.

İcazəsiz keçirilən aksiyanın qətnaməsi "Lider" televiziyasının nümayəndələrinə təqdim olunub. Qeyd edək ki, partiya fəalları AXCP sədri Əli Kərimliyə qarşı "Lider" televiziyasında aparılan qara təbliğata etiraz olaraq piket keçirməyə cəhd göstəriblər.

Xəbər lenti

Xəbər lenti