...

M.MƏMMƏDQULİYEV: AZƏRBAYCANLA ƏMƏKDAŞLIQ AVROPA BİRLİYİ ÜÇÜN DƏ VACİBDİR

Siyasət Materials 6 Oktyabr 2005 13:57 (UTC +04:00)

"Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı vacib olduğu kimi, Avropa Birliyinin də Azərbaycanla əməkdaşlığı əhəmiyyət kəsb edir". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanıın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Şimali Kiprlə əməkdaşlıq etməsi ilə əlaqədar onun AB-nin "Yeni qonşluq siyasəti" proqramına qoşulmasının gecikdiriləcəyi haqqında məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa üçün alternativ və zəngin enerji ehtiyatları mənbəyi olmaqla nəqliyyat dəhlizləri baxımından böyük əhəmiyyətə malikdir. "Düşünürəm ki, Aİ bu məsələ ilə bağlı müsbət qərar qəbul edəcək və bizim bu təşkilatla əməkdaşlığımız genişlənəcək", - deyə M.Məmmədquliyev qeyd edib.

"Biz beynəlxalq təşkilatların, xüsusilə, BMT və Aİ-nin Şimali Kiprin təcriddən çıxarılması, onunla iqtisadi və mədəni əlaqələrin qurulması ilə bağlı mövqeyinə uyğun fəaliyyət göstəririk. Çünki bu məsələlər sırf kommersiya, texniki xarakter daşıyır. Ola bilsin ki, Kipr Respublikası tərəfindən müəyyən anlaşılmazlıqlar var və bu məsələlər öz həllini tapacaq. Azərbaycan tərəfi Şimali Kiprlə əməkdaşlıq etməklə beynəlxalq hüquq normalarını qətiyyən pozmur", deyə nazir müavini əlavə edib.

Onun sözlərinə görə, Aİ-nin hər bir üzvü kimi Kipr Respublikası da hər hansı bir sənədə, o cümlədən Azərbaycanla "Yeni qonşuluq siyasəti"nin həyata keçirilməsinə veto qoymaq hüququ var. "Nəzəri cəhətdən bu mümkündür. Lakin bunun baş verəcəyini düşünmürəm", - deyə M.Məmmədquyliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti