...

Avropa ölkələri sosial demokratlarının rəhbərləri Azərbaycan prezidentinə müraciət ediblər

Siyasət Materials 31 Oktyabr 2005 14:26 (UTC +04:00)

"Avropada hakimiyyətdə olan 12 ölkənin sosal demokrat partiyalarının rəhbərləri Azərbaycan prezidentinə müraciət ediblər". Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

Qeyd edək ki, oktyabrın 26-da Londonda Böyük Britaniyanın baş naziri Toni Bleyerin təşəbbüsü ilə Avropada hakimiyyətdə olan 12 ölkənin sosial demokrat partiyalarının rəhbərlərinin qalstuksuz görüşü keçirilib. Həmin görüşdə ASDP həmsədri Araz Əlizadə də iştirak edib.

A.Əlizadə bildirib ki, həmin görüşdə Avropa ölkələri sosial demokrat rəhbərlərinin Azərbaycan prezidentinə etdiyi müraciətləri Moskvada mühacir olan ASDP həmsədri Ayaz Mütəllibovun Azərbaycana qayıdışını təmin etməsi ilə bağlıdır: "Qərar qəbul edilib. Bu yaxınlarda müraciət prezident İlham Əliyevə göndəriləcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti