...

"Azadlıq" seçki bloku noyabrın 4-ə planlaşdırdığı mitinqi təxirə salıb

Siyasət Materials 1 Noyabr 2005 18:20 (UTC +04:00)

"Azadlıq" seçki bloku noyabrın 4-də Nərimanov parkında planlaşdırdığı mitinq-konserti təxirə salıb" Bu barədə Trend agentliyinə adıçəkilən blokun Mərkəzi Seçki Komissiyasının rəhbəri Pənah Husyenli bildirib.

P.Hüseynlinin sözlərinə görə, oktyabrın 31-də Bakı meriyası onların mitinq-konsert keçirmələrinə icazənin verilməsi ilə bağlı müraciətinə cavab göndərib: "Həmişə olduğu kimi Bakı meriyası bizə digər ünvanları göstərib. Noyabrın 1-də isə "Azadlıq" blokunun rəhbərləri belə qərara gəliblər ki, Nərimanov adına parkda noyabrın 4-ə planlaşdırdığımız mitinq-konserti icazəsiz keçirməyək".

P.Hüseynli belə bir qərara gəlmələrini həmin gün Ramazan bayramı ilə də əlaqəli olduğunu söyləyib: "İstəmədik ki, bu bayram günündə polislər mitinq iştirakçılarına zor tətbiq etsinlər".

Xəbər lenti

Xəbər lenti