...

ABŞ səfiri seçki məntəqələrinə baş çəkir

Siyasət Materials 6 Noyabr 2005 13:17 (UTC +04:00)
ABŞ səfiri seçki məntəqələrinə baş çəkir

Trend in xəbər verdiyi kimi ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş 20 saylı Nərimanov ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsinə baş çəkərək səsvermənin gedişi ilə tanış olub. Saat 12:00-a olan vəziyyət üzrə həmin seçki məntəqəsində 1256 seçicidən 180 nəfər səs verib.

Səsvermənin monitorinqi 19 müşahidəçi tərəfindən aparılır ki, onların da ikisi "Azadlıq" blokunu təmsil edir. Seçki məntəqəsi komissiyasının nümayəndəsi bildirib ki, bu saata qədər hər hansı qanun pozuntusu qeydə alınmayıb. Bundan başqa həmin dairədə hakim "Yeni Azərbaycan" və "Yeni siyasət" blokundan olan müşahidəçilər iştirak etmirlər. Daha sonra səfir 19 saylı Nərimanov birinci seçki dairəsinin 22 saylı seçki məntəqəsinə baş çəkərək burada da səsvermənin monitorinqini aparıb.

Qeyd edək ki, həmin məntəqə qarşısında eyni zamanda exit-poll da keçirilir.

Xəbər lenti

Xəbər lenti