...

Digər bloklar "Azadlıq" blokunun mitinq-yürüşünə qatılmayacaq

Siyasət Materials 9 Noyabr 2005 11:20 (UTC +04:00)

"Demokratik Azərbaycan seçki bloku "Azadlıq" seçki blokunun noyabrın 9-da "Qələbə" meydanında keçirəcəyi mitinq-yürüşə qatılmayacaq". Bu barədə adıçəkilən blokun təsisçilərindən olan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov bildirib.

H.Əzimov qeyd edib ki, mitinq-yürüşə qatılmaqla bağlı onlara heç bir müraciət edilməyib: "Buna görə də biz orada iştirak etməyəcəyik".

"Azadlıq" blokunun keçirəcəyi mitinq-yürüşə Azərbaycan Naminə seçki bloku da qatılmayacaq. Adıçəkilən blokun icra aparatının rəhbəri Taleh Əliyev bildirib ki, onların öz yolu var.

Azərbaycançı Qüvvələr seçki blokunun təsisçilərindən olan İslam partiyasının sədri Hacıağa Nuri də sözügedən mitinq-yürüşə qatılmayacağı barədə hələ qəti qərara gəlmədiyini bildirib.

Qeyd edək ki, "Azadlıq" seçki bloku noyabrın 9-da saat 15.00-da "Qələbə" meydanında mitinq keçirəcək. Mitinqə qoşulmaqla bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli bütün siyasi qüvvələrə müraciət edib.

Xəbər lenti

Xəbər lenti