...

Yeni deputatlara mandatlar noyabrın sonlarında veriləcək

Siyasət Materials 14 Noyabr 2005 11:32 (UTC +04:00)

"Milli Məclisə yeni seçilən millət vəkillərinə mandat noyabrın sonlarında veriləcək". Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, yeni deputatlara mandat verilənə qədər Mərkəzi Seçki Komissiyası (MSK) 2005-ci il noyabrın 6-da parlamentə keçirilən seçkilərin nəticələri ilə bağlı sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi 10 gün müddətində nəticələri təsdiq etdikdən sonra deputatlara mandat verilməsi prosesini MSK həyata keçirəcək.

Azərbaycan Milli Məclisinin ilk iclası isə noyabrın sonlarında nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti