...

Brüsseldə Avropa İttifaqı və Azərbaycanın qarşılıqlı öhdəlikləri müzakirə olunacaq

Siyasət Materials 3 Mart 2006 14:23 (UTC +04:00)

Martın 7 -də Brüsseldə Azərbaycanla Avropa İttifaqının Avropa Qonşuluğu Siyasəti çərçivəsində əməkdaşlıq üzrə danışıqlarda qarşılıqlı öhdəliklər müzakirə olunacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Avropa Hauz-un əlaqələndiricisi Volfanq Şporer verib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycana bu ölkədə demokratik prinsiplərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunmasına, ölkədə iqtisadiyyatın inkişafına yardım etməkdə maraqlıdır. Aİ-nın Yeni Qonşuluq Siyasəti proqramı da bu məqsədlərin həyata keçirilməsinə, eləcə də regionda sabitliyin bərqərar olmasına yönəlib.

Qarşıdakı görüşdə tərəflər Vahid fəaliyyət planının işlənməsi üçün tərəflərə təqdim olunan variantların müzakirəsi üzərində işləyəcəklər.

Xəbər lenti

Xəbər lenti