...

Xəzərin statusu üzrə xüsusi işçi qrupun növbəti iclası martın 14-15-də Moskvada keçiriləcək

Siyasət Materials 10 Mart 2006 17:35 (UTC +04:00)

Xəzərin xüsusi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupun (XİQ) növbəti 20-ci iclası martın 14-15-də Rusiya paytaxtında keçiriləcək. Bu barədə Trend ə RF-nın XİN-dən məlumat verilib.

Nümayəndə heyətinə beş Xəzəryanı dövlətin - Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin müavinləri başçılıq edir. Smolensk meydanından bildiriblər ki, danışıqlarda "Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın layihəsi üzərində işlər davam etdiriləcək ".

Sənəd Xəzərin təbii ehtiyatlarının istismarına, ilk növbədə, neft və qazın, gəmiçiliyin, balıqçılığın və ekologiyanın problemlərinə aid olan məsələləri əks etdirir. Xəzər üzrə işçi qrupu 9 il əvvəl beş ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin qərarı ilə yaradılıb. Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti