...

14-19 martda Azərbaycanın regionlarında məlumat yayımı konfransları keçiriləcək

Siyasət Materials 10 Mart 2006 20:00 (UTC +04:00)

2006-cı il mart ayının 14-dən 19-na kimi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyəşdirdiyi və CHF İnternational təşkilatının həyata keçirdiyi İcma İnkişafı Fəaliyyət proqramı çərçivəsində bölgələrdəki İcra Hakimiyyətləri ilə əməkdaşlıq şəraitində rayon səviyyəli məlumat yayımı konfransları keçiriləcək. USAİD-ın Bakı nümayəndəliyindən "Trendə" verilən məlumata görə, konfranslar Zaqatala, Qax, Şəki, Quba, Qusar, Dəvəçi, Xaçmaz, Cəlilabad, Lənkəran, Masallı və Astara rayonlarında keçiriləcək.

Tədbir iştirakçıları USAID-ın maliyyələşdirdiyi İcma İnkişafı Fəaliyyəti (İİF) proqramı və öz icmalarının bu proqramda iştirakı və seçimi baxımından Müraciət formasının doldurulma qaydaları ilə bağlı məlumat əldə edə biləcəklər.

Müraciət formalarının öz icmalarında doldurulma qaydalarını öyrənmək baxımından iştirak etmək üçün bu tədbirlərə təxminən 2000 şəhər rayon və kənd nümayəndələri dəvət olunacaq. USAİD tərəfindən maliyyələşən İİF proqramı üzrə ərizələrlə müraciət etmə prosesində böyük iştirakçı heyətinin cəlb olunması gözlənilir ki, bu da proqram üçün Azərbaycandan 150 icmanın seçimi ilə nəticələnəcək.

Bu proqram üçün müraciət edən və seçilən icmalar təlimlər və tərəfdaşlığın inkişafı baxımından layihə ilə uzunmüddətli əlaqələrə malik olacaqlar.

Konfranslar icmaları proqram haqqında bilgi əldə etmək və Müraciət formalarını uğurla hazırlamaq üçün ən yaxşı imkanlarla təmin edəcək. Digər təşkilatlarla və icmalarla əməkdaşlıq istiqamətində öz icmalarını və bacarıqlarını təkmilləşdirmək üçün öz hazırkı vəziyyətlərini və ideyalarını ən yaxşı ifadə edə bilən icmalar seçiləcək.

Xəbər lenti

Xəbər lenti