...

Səfər Əbiyev Polşanın Azərbaycandakı yeni səfirini qəbul edib

Siyasət Materials 17 Mart 2006 13:11 (UTC +04:00)

Martın 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kşiştof Kraevskinini qəbul edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş tanışlıq xarakteri daşıyıb. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycan-Polşa münasibətlərinin inkişaf etdirilməsində ona uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti