...

Neda Berger: Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondu yaradılacaq

Siyasət Materials 17 Mart 2006 19:46 (UTC +04:00)
Neda Berger: Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondu yaradılacaq

Aprelin 4-də Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondunun açılışı keçiriləcək. "Yeni Bakı və Vyana" Avstriya-Azərbaycan cəmiyyətinin prezidenti, doktor Neda Bergerin Trend ə verdiyi məlumata görə, Fondun açılışı 1991-c ildə Qərbi Avropada Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Avstriya ilə Azərbaycan arasında diplomatik münasibətlərin bərpa olunmasına həsr olunub.

Cəmiyyətin prezidentinin sözlərinə görə, "Yeni Bakı və Vyana" Avstriya-Azərbaycan cəmiyyəti 2000 -ci ildə yaradılıb. Onun fəaliyyətinin əsas istiqamətləri yardıma ehtiyacı olan azərbaycanlı uşaqlara kömək göstərməkdir. Onun sözlərinə görə, cəmiyyət uşaq evlərinə, Bakıdakı Daun sindromlu uşaqlara hamilik edir, eləcə də görmə qabiliyyəti olmayan və ya zəif olan uşaqların əməliyyat olunması üçün ianə toplayır. Cəmiyyət Qərbi Avropada ilk dəfə 2001-ci ildə Vyanada ictimaiyyətin diqqətini Qarabağa və onun problemlərinə cəlb etmək məqsədilə "Qarabağlı uşaqların göz yaşları" adı altında aksiya keçirib.

N. Bergerin sözlərinə görə, cəmiyyətin fəaliyyətinin ikinci istiqaməti Azərbaycanla Avstriya arasında mədəni körpü yaratmaqdır. "Yeni Bakı və Vyana" 2002-ci ildə Avstriyada ilk Azərbaycan mədəniyyət günlərinin təşkilatçısıdır.

N.Bergerin sözlərinə görə, cəmiyyət həmçinin, Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondunun təşkilatçısıdır.

Yeni fondun fəaliyyəti Qazaxıstanı, Gürcüstanı və digər ölkələri əhatə edir. Aprelin 4-də Bakıda Fondun açılışı keçiriləcək və Filarmoniyada iki ölkə arasında diplomatik münasibətlərin bərpasına həsr olunmuş xeyriyyə konserti təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti