...

Qazaxıstanın baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 23 Mart 2006 15:24 (UTC +04:00)

Qazaxıstanın baş naziri Danial Axmetov Azərbaycana səfər edəcək. Bu barədə Trend ə bu ölkənin Azərbaycandakı səfiri Andar Şukputov məlumat verib.

Səfirin sözlərinə görə, səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 5-də Bakıda keçiriləcək növbəti sammitində iştirak etməkdir. İclasda təşkilata üzv olan 10 dövlət və ya hökumət başçılarının nümayəndələrinin iştirakı gözlənilir. Zirvə görüşündə iştirak etmək üçün artıq onlara dəvət ünvanlanıb.

İƏT 1985-ci ildə yaradılıb və 12 mart 1977-ci ildə Türkiyə, Pakistan və İran arasında imzalanmış İzmir sazişi əsasında fəaliyyət göstərən, İnkişaf üçün regional əməkdaşlıq təşkilatının hüquqi varisidir. 1992-ci ildə təşkilata Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub.

İƏT-in yaradılmasında əsas məqsəd ona daxil olan ölkələrin müntəzəm və hərtərəfli sosial-iqtisadi inkişafı üçün şərait yaratmaqdan, region dövlətlərinin dünya təsərrüfat əlaqələri sisteminə davamlı inteqrasiyasından, mədəniyyət, texniki və elmi sahələrdə fəal regional əməkdaşlığın qurulması və qarşılıqlı yardımın göstərilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti