...

Qadınların İctimai Müqavimət Hərəkatı fəaliyyətinə xitam verib

Siyasət Materials 28 Mart 2006 17:07 (UTC +04:00)

"Müxalifətyönlü çox qurumlar yaranıb, sonradan parçalanıb, Qadınların İctimai Müqavimət Hərəkatı (QİMH) da onlardan biri sayıla bilər". Bu barədə Trend ə QİMH-nin üzvlərindən olan Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Qeyd edək ki, adıçəkilən hərəkat bir müddət öncə müxalifət düşərgəsini təmsil edən partiya və qeyri-hökumət təşkilatlarının bir qrup qadınlarından ibarət yaradılıb.

M.Qəhrəmanlı bildirib ki, hərəkatın qarşıya qoyduğu məqsəd və məram onu tam qane edir: "Lakin təsis yığıncağından bu vaxta kimi hərəkatın fəaliyyəti gözə çarpmır. Mən o vaxtı da qeyd etmişdim ki, bu hərəkatın fəaliyyəti qənaətbəxş olmayacaq. Çünki burada təmsil olunan siyasi partiyaların nümayəndələri öz ideyalarını həyata keçirəcəklər".

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, belə təşkilatları nəyinsə, kiminsə xatirinə yaratmaq olmaz.

Xəbər lenti

Xəbər lenti