...

Ramiz Rzayev: "Regionlarda Apellyasiya Məhkəmələrinin yaradılması vətəndaşlara daha əlverişli şərait yaratmaq məqsədi daşıyır"

Siyasət Materials 30 Mart 2006 14:39 (UTC +04:00)
Ramiz Rzayev: "Regionlarda Apellyasiya Məhkəmələrinin yaradılması vətəndaşlara daha əlverişli şərait yaratmaq məqsədi daşıyır"

Regionlarda Apellyasiya Məhkəmələrinin yaradılması məhkəməyə müraciət etmək istəyən vətəndaşlara daha əlverişli şərait yaratmaq məqsədi daşıyır. Trend "ATV"-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

R.Rzayev bildirib ki, ölkə başçısının 19 yanvar 2005-ci il tarixdə imzaladığı məhkəmələrinin müasirləşdirilməsinə dair fərmandan irəli gələn bir sıra tədbirlər həyata keçirilməkdədir. Əsas diqqət regional apellyasiya məhkəmələrinin yaradılmasına yönəldilib.

Məhkəmə sədrinin sözlərinə görə, məlum fərman və qanunvericiklikdə edilmiş dəyişikliklər məhkəmələrin fəaliyyətində müsbətə doğru böyük əhəmiyyət kəsb edir.

Regional Apellyasiya Məhkəmələrinin yaradılması vətəndaşların məhkəmələrə müraciəti zamanı qarşılaşdıqları süründürməçiliyin də aradan qaldırılmasını təmin edəcək.

Xəbər lenti

Xəbər lenti