...

Səməd Seyidov: "Siyasi məhbus məsələsinə aydınlıq gətirməkdən ötrü aprelin 5-də işçi qrupunun toplantısı keçiriləcək"

Siyasət Materials 30 Mart 2006 14:43 (UTC +04:00)

Milli Məclisdə aprelin 5-də saat 12.00-da işçi qrupunun toplantısı keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov işçi qrupunun yaradılmasının məqsədini açıqlayaraq bildirib: "Məqsədimiz QHT, Prezident Apartı, hüquq-mühafizə orqanlarının nümayəndələri və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə birgə hər hansı bir problemlə bağlı ilkin fikir mübadiləsi aparmaqdır. Aprelin 5-də iclasda biz bəzi QHT-lərin siyasi məhbuslarla bağlı Avropa Şurasına ünvanladıqları müraciətlə bağlı fikir mübadiləsi aparacağıq".

S.Seyidov onu da bildirib ki, məqsədləri insan haqları ilə bağlı Azərbaycanda yaranmış vəziyyətin beynəlxalq standartlara uyğun olaraq vaxtlı-vaxtında öz həllini tapması istiqamətində fəaliyyət göstərməkdir. Millət vəkili Azərbaycanda siyasi məhbusların mövcudluğu ilə bağlı bəzi hüquq müdafiəçilərinin AŞ PA-ya ünvanladıqları müraciətlə razılaşmadığını söyləyib: "Demokratik dövlətlərdə insan haqları problemi mövcud ola bilər. Ancaq bu problemləri siyasi məhbus adlandırmaqla həll etmək düzgün mövqe deyil. Məhz bu məsələlərə yenidən aydınlıq gətirmək məqsədilə işçi qrupu növbəti toplantısını keçirəcək".

Xəbər lenti

Xəbər lenti