...

ABŞ Dövlət Departamentinin rəsmiləri Bakıya gəlib

Siyasət Materials 3 Aprel 2006 16:35 (UTC +04:00)

ABŞ dövlət katibi köməkçisinin müavini Metyu Brayza və Dövlət Departamentinin planlaşdırma üzrə nümayəndəsi Stiven Hayzner Bakıya gəlib. Trend in verdiyi məlumağta görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçiriləcək, ikitərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq.

Bundan əvvəl Amerika səfirliyinin mətbuat xidmətinin rəhbəri Mrayzanın səfər çərçivəsində "Azərbaycanın neft sektorunda şəffaflıq" mövzusunda beynəlxalq konfransda iştirak edəcəyini bildirmişdi.

Qeyd edək ki, aprelin 5-də Bakıda Mədən sənayesində şəffaflığın Təşəbbüsü (EITI) Beynəlxalq Məsləhət Qrupunun növbəti (4-cü) iclası keçiriləcək və onun çərçivəsində (aprelin 6 -da) "EITI: pilot ölkələrin təcrübəsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Tədbir ABŞ, Böyük Britaniya, Rusiya, Misir, Nigeriya, Peru, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızstanın QHT iştirakı ilə keçiriləcək. Konfransın işində həmçinin, ABŞ-ın, Britaniyanın, Fransanın, Norveçin və Qazaxıstanın Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti