...

Qadınlar Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutu üzrə birnci aksiyanıYevlaxda keçirdilər

Siyasət Materials 1 May 2006 14:40 (UTC +04:00)

Bu gün Azərbaycan Qadınlarının Milli Konfederasiyasının dəstəyi və Azərbaycan Dövlət Neft Şirkətinin birgə layihəsi olan "Heydər Əliyev adına Bakıı-Tbilisi-Ceyhan neft kəməri regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qarantıdır" devizi altında Azerbaycan, Cürgüstan və Türkiyə qadınlarının iştirakı ilə keçirilən benəlxalq aksiya öz işinə başlayıb. Trend xəbər verir ki, aksiya çərçivəsində iştirakçılar hər üç ölkənin ərazisində ictimaiyyət nümayəndələri ilə görüşəcəklər.

Bu sıradan ilk belə asiya Yevlax rayonunda yerli ictimaiyyətilə keçirilib. Layihənin rəhbəri, Milli Məclisin deputatı, "Lider " qadınlar cəmiyyətinin sədri Məlahət Həsənova çıxışında deyib ki , bu aksiyanı keçirməkdə məqsəd BTC-nin tam gücü ilə başlaması ərəfəsində ona ictimai dəstəyi təmin etməkdir. Onun sözlərinə görə, bu kəmər iqtisadi əhəmiyyətindən çox, siyasi mahiyyət daşıyır və bölgədə sülhün və sabitliyin təmin olunması, eləcə də təhlükəsizliyin qarantı olacaq.

Yevlax rayonun icra başçısı Elmar Vəliyev neft kəmərinin bölgənin əhalisi üçün, o cümlədən Yevlaxın inkişafı üçün önəmli rol oynayacağını bildirib.

Beynəlxalq aksiya Gəncə şəhəri, Tovuz, Şəmkir və Qazax rayonlarında da davam edəcək, Sabah isə aksiya iştirakçıları Gürcüstanda Marneuli rayonunun ictimaiyyəti ilə görüşəcək, günün ikinci yarısında isə Gürcüstan parlamentinin spikeri Nino Burcanadze və deputatlarla görüş nəzərdə tutulur. Sonra mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti