...

Vurğun Əyyub: "Müsavat Partiyasının Məclisində təmsil olunmaq üçün 6 ərizə daxil olub"

Siyasət Materials 2 May 2006 13:02 (UTC +04:00)

Müsavat Partiyasının Məclisində təmsil olunmaq üçün partiyanın III qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə 6 ərizə daxil olub. Bu barədə Trend ə Təşkilat Komitəsinin sədri, Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı mayın 29-da keçiriləcək. Partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsi qurultaya bir həftə qalmış yekunlaşacaq.

V.Əyyub bildirib ki, partiyanın Məclisində təmsil olunmaq üçün 3 qadın və 3 kişidən ərizə daxil olub. Təşkilat Komitəsinin rəhbəri onu da qeyd edib ki, hələ Mərkəzi Nəzarət Təftiş Komissiyasına və partiya başqanlığına namizədliklər qeydə alınmayıb. V.Əyyub vurğulayıb hazırda Təşkilat Komitəsi texniki işlərlə (mandatın, dəvətnamələrin hazırlanması və s.) məşğuldur.

V.Əyyub onu da söyləyib ki, qurultayın keçirilməsinə yerin ayrılması üçün mayın 2-də Bakı meriyasına müraciət olunub: "Məktubda Şəhriyar adına Mədəniyyət Sarayını təklif etmişik".

Xəbər lenti

Xəbər lenti