...

Gəncədə rus dili müəllimləri üçün seminar keçirilib

Siyasət Materials 2 May 2006 15:06 (UTC +04:00)

Bu gün Gəncədə Şəhər Təhsil idarəsi, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və rus icmasının Gəncə bölməsi şəhərdə fəaliyyət göstərən rus dili müəllimləri üçün seminar-treninq keçirib.

Tədbirdə Rusiya səfirliyinin nümayəndəsi də iştirak edib. Yığıncaqda vurğulanıb ki, 2005-2006-cı tədris ilində şəhərdə 8388 şagird rus bölməsinə qəbul edilib. Bundan başqa, fəaliyyət göstərən 4688 müəllimdən 1460 nəfəri rus bölməsində çalışır. Rus icması şəhər bölməsinin sədri Valeri Kazn bildirib ki, Gəncədə rus dilinin inkişafında bir qədər durğunluq hiss olunmaqdadır.

Bu durğunluğu aradan qaldırmaq üçün səfirlik əlindən gələni edəcək. Slavyan Universitetinin prorektoru Məmməd Əliyev Gəncə məktəblərinə bu il yeni rus dilində dərsliklər veriləcəyini bildirdi.

Xəbər lenti

Xəbər lenti