...

Milli Məclisdə müxalifətçi deputat qrupuna may ayında VHP sədri Sablir Rüstəmxanlı koordinatorluq edəcək

Siyasət Materials 2 May 2006 15:12 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən müxalifətçi deputatlar qrupuna may ayında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı koordinatorluq edəcək. Bu barədə Trend ə müxalifətçi deputatlar qrupundan bildiriblər.

Qeyd edək ki, Milli Məclisdə iki müxalifətçi deputat qrupu fəaliyyət göstərir. Onlardan biri Pənah Hüseynov daxil olmaqla 4 müsavatçı millət vəkilindən ibarət qrupdur. Digər qrupda isə müsavatçı millət vəkili Aynur Camalqızı daxil olmaqla 4 müxalifətçi partiya (VHP, Böyük Quruluş Partiyası, Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) rəhbəri təmsil olunur.

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğludan aldığımız məlumata görə, müxalifətçi deputatlar qrupu həftənin hər cümə axşamı toplantılarını keçirir: "Qrupun əsasnaməsinə görə toplantılar hər ay qrupa koordinatorluq edən şəxsin qərargahında keçirilir".

VHP sədri Sabir Rüstəmxanlı isə bildirib ki, hələ qrupun iclası keçirilmədiyindən o, may ayında qrupun koordinatoru olacağı ilə bağlı heç bir məlumata malik deyil.

Xəbər lenti

Xəbər lenti