...

Hana Singer: Teymur Rəcəbov ictimaiyyətin diqqətini yod çatışmazlığına yönəldə bilər

Siyasət Materials 5 May 2006 15:38 (UTC +04:00)
Hana Singer: Teymur Rəcəbov ictimaiyyətin diqqətini yod çatışmazlığına yönəldə bilər

"Teymur Rəcəbov ictimaiyyətin diqqətini yod çatışmazlığına yönəldə bilər". Bu barədə BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Hana Singer T.Rəcəbovun UNICEF-in xoş məramlı səfiri seçilməsinə həsr olunmuş mətbuat konfransında bəyan edib.

Trend agentliyinin məlumatına əsasən, H.Singer T.Rəcəbovun bu missiyanın öhdəsindən uğurla gələcəyinə və yod çatışmazlığı xəstəliklərinin aradan qaldırılmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib. "Teymur şahmatçı kimi beynəlxalq arenada uğur qazanıb və mən fikirləşirəm ki, o, mövcud prodblemin həllində bizə kömək edəcək" - deyə H.Singer vurğulayıb. H.Singerin dediklərinə görə, T.Rəcəbovun əsas vəzifəsi müxtəlif yarışlarda mübarizə aparmaq olsa da, o, yod çatışmazlığına həsr olunmuş bir neçə beynəlxalq forumda iştirak edəəck.

Öz növbəsində, T.Rəcəbov bəyan edib ki, onun üçün missiyasını yerinə yetirmək vacibdir və o, məsələnin vacibliyini anlayır. "Mənim əsas məqsədim kütləvi informasiya vasitələrinin diqqətini bu problemə cəlb etməkdir. Uşaqların uğurlu gələcəyi məhz bundan asılıdır" - deyə o vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, UNICEF T.Rəcəbovu bu vəzifəyə seçməklə düzgün addım atıb.

Xəbər lenti

Xəbər lenti