...

İqbal Babayev: "Təkrar seçkilərin keçirildiyi 10 dairə üzrə seçicilərin sayında dəyişikliklər olub"

Siyasət Materials 8 May 2006 12:48 (UTC +04:00)

13 mayda təkrar parlament seçkilərinin keçiriləcəyi 10 seçki dairəsi üzrə seçicilərin sayı 383 minə yaxındır. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib. O bildirib ki, bütün ölkə üzrə seçicilərin təxmini sayı 4 milyon 500 mindir.

İqbal Babayevin sözlərinə görə, "Seçkilər" İnformasiya mərkəzi tərəfindən təkrar seçkilərin keçirildiyi dairələr üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatdıqdan sonra bu siyahılarda dəyişikliklər edilib. Belə ki, siyahıda adlarını tapmayan vətəndaşlardan qanuna müvafiq şəkildə məhkəmələrə müraciət edənlər olub. Bunun da nəticəsində seçicilərin sayında artım var. İ.Babayevin sözlərinə görə, siyahılardakı bu dəyişiklik əsasən səsvermə hüqüqu olan vətəndaşların hərbi hissələrə çağırışları ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti