...

Məzahir Pənahov: "MSK seçkinin rəsmi nəticələri ilə "exit-poll"ların nəticələri arasındakı uyğunsuzluqlara çox ciddi yanaşacaq"

Siyasət Materials 12 May 2006 19:05 (UTC +04:00)

"Seçkinin rəsmi nəticələri ilə "exit-poll"ların nəticələri arasında uyğunsuzluqlar olarsa, MSK buna çox ciddi yanaşacaq". Trend in məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O, qeyd edib ki, ötən il parlament seçkisində keçirilmiş "exit-poll"ların nəticələri ilə MSK-nın rəsmi nəticələri 83 faiz üst-üstə düşmüşdü. Hətta 95 faiz üst-üstə düşən nəticələr də olmuşdu. MSK sədri bildirib ki, "exit-poll" keçirilməsi üçün seçki komissiyalarında xüsusi qeydiyyatdan keçmək lazım deyil. MSK sədri ABŞ-ın Respublikaçılar İnstitutunun "exit-poll" keçirməsi barədə də məlumat verib.

M.Pənahov bildirib ki, seçki məntəqələrində müşahidəçilərin qeydləri ilə məntəqə seçki komissiyasının nəticələri arasında da uyğunsuzluq olsa, bu məsələ mütləq araşdırılmalıdır. MSK sədri onu da deyib ki, cinayət işi açılmış seçki dairələrində yenidən seçki keçirilməsi normal haldır və orada aparılan istintaq işi seçkidənkənar prosesdir. Onun sözlərinə görə, bu dairələr üzrə cinayət işi artıq başa çatıb, hətta bitməmiş olsa belə, bu, seçkiləri dayandıra bilməz.

Xəbər lenti

Xəbər lenti