...

Azərbaycandakı parlament seçkiləri üzrə hesabat ATƏT PA-nın yay sessiyasında müzakirə ediləcək

Siyasət Materials 13 May 2006 10:53 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının müşahidəçiləri Azərbaycanda seçkilər üzrə hesabat hazırlayırlar. Bu hesabat sonradan ATƏT-in Parlament Assambleyasının yay sessiyasının gündəliyinə daxil ediləcək. Trend in "Lider" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ATƏT PA-nın müşahidəçi missiyasının rəhbəri, portuqaliyalı diplomat Coao Soares məlumat verib.

"Hesabat iki həftə ərzində hazırlanacaq və Brüsseldə ATƏT PA-nın üzvləri tərəfindən iyul sessiyasının gedişində müzakirə olunacaq", -deyə portuqaliyalı diplomat qeyd edib.

Coao Soares qeyd edib ki, Azərbaycana hazırkı səfərində məqsəd təkcə seçki prosesinin monitorinqi deyil, həm də Azərbaycanın ATƏT PA-dakı yeni nümayəndə heyətinin üzvləri ilə görüşməkdir.

"6 noyabr parlament seçkilərindən sonra Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin tərkibi dəyişib və bizə həmkarlarımızla tanış olmaq maraqlıdır", - deyə sonda nrümayəndə heyətinin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti