...

MDB dövlət başçıları Şurasının növbəti iclasının gündəliyinə 22 məsələ daxildir

Siyasət Materials 16 May 2006 16:36 (UTC +04:00)

Mayın 25-də Düşənbədə keçiriləcək MDB dövlət başçıları Şurasının növbəti iclasının gündəliyinə 22 məsələ daxildir. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Qarşıdakı iclasın gündəliyi aprelin 21-də MDB-nin xarici işlər nazirləri Şurasının iclasında təsdiq olunub.

MDB üzvü olan dövlətlərin başçılarının Kazan sammitində qəbul etdikləri qərarların praktiki olaraq reallaşdırılması məsələsi prioritetdir. Belə ki, MDB üzvü olan dövlətlərin Dövlətlərarası humanitar fondunun yaradılması üzrə Müqavilənin və onun Nizamnaməsinin də nəzərdən keçiriləcəyi ehtimal edilir.

2006-2010-cu illərdə MDB üzvü olan dövlətlərdə sülhyaratma əməliyyatlarında və terrorizm qurbanlarınsy, lokal münaqişə iştirakçılarınsy, əmək qabiliyyətini itirmiş müharibə veteranlarının həyat şəraitini yaxşılaşdırma konsepsiyasını, eləcə də 2010-cu ilə qədər olan dövrdə MDB üzvü olan dövlətlərin mədəniyyət sahəsində əsas tədbirlərin proqramını qəbul etmək planlaşdırılır.

MDB İcraiyyə Komitəsi Şurası tərəfindən bir sıra maliyyə xarakterli məsələlər hazırlanıb.

Xəbər lenti

Xəbər lenti