...

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəis müavini Minskdə keçirilən toplantıda iştirak edir

Siyasət Materials 17 May 2006 13:23 (UTC +04:00)

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəis müavini İsmayıl Axundov İnterpola üzv olan Avropa dövlətlərinin nümayəndələrinin mayın 17-də Minskdə öz işinə başlayan toplantısında iştirak edir. Bu barədə Trend ə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Sayca 35-ci olan Avropa regional konfransında Avropa ölkələrinin İnterpola üzv dövlətləri arasında terrorizmə, insan alverinə, cinayətkarlığa qarşı birgə mübarizəni, axtarışda olan cinayətkarların yerinin müəyyənləşdirilməsi və həbsi sahəsində informasiya mübadiləsini genişləndirmək və möhkəmləndirməkdir.

Konfrans öz işinə mayın 19-da yekun vuracaq.

Xəbər lenti

Xəbər lenti