...

Azərbaycan XİN başçısının müavini Kiyevə səfər edəcək

Siyasət Materials 17 May 2006 17:00 (UTC +04:00)

Mayın 19-na Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Kiyevə səfəri təyin olunub. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd mayın 20-də Kiyevdə keçiriləcək GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) milli əlaqələndiricilərinin növbəti iclasında iştirak etməkdən ibarətdir. Milli əlaqələndiricilərin iclası GUAM xarici işlər nazirləri Şurasının iclası və sammiti ərəfəsində keçiriləcək.

Milli əlaqələndiricilər təşkilatın nizamnamə və katiblik haqqında Əsasnamənin layihələrini hazırlamalı və razılaşdırmalıdır. Bundan başqa "Beynəlxalq demokratiya və inkişaf üçün GUAM-ın yaradılması haqqında" Kiyev bəyannaməsi razılaşdırılmalıdır. Gələcəkdə hər iki sənəd razılaşdırılmaq üçün XİN başçılarına təqdim olunacaq. Sənədlərin imzalanmaq üçün üzv ölkələrin prezidentlərinə də təqdim olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti