...

Göyçay rayonunda DİN pasport-qeydiyyat idarəsinin regional şöbəsi fəaliyyətə başlayıb

Siyasət Materials 18 May 2006 12:20 (UTC +04:00)

Göyçay rayonunda Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat idarəsinin regional şöbəsi fəaliyyətə başlayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Regional şöbə bölgə sakinlərinin şəxsiyyət vəsiqələrini, ümumvətəndaş pasportunu asanlıqla almasına şərait yaradacaq.

Şöbə Göyçay, Ağdaş, Ağsu, Zərdab, Kürdəmir və Ucar rayonlarının sakinlərinə xidmət göstərir.

Yeni açılmış idarə həmin bölgələrdə yaşayan əhalini müvafiq sənəd almaq üçün paytaxta getmək əziyyətindən xilas edəcək.

Xəbər lenti

Xəbər lenti