...

İnterpol xətti ilə Yaponiyada həbs edilmiş soydaşımız Azərbaycana ekstradisiya olunub

Siyasət Materials 19 May 2006 12:50 (UTC +04:00)

Cari ilin yanvar ayında İnterpol xətti ilə Yaponiyada həbs edilmiş Astara rayonu, Ərçivan kənd sakini Murad Əliyev Azərbaycana ekstradisiya olunub. Bu barədə Trend ə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Mayın 18-ə axşam saat 22-də Azərbaycana gətirilən Murad Əliyev qəsdən adamöldürmə cinayətinə görə axtarışda olub. Hazırda isə istintaq orqanı Murad Əliyevi dindirməyə cəlb edib. O, 2003-cü ildə yaşadığı Ərçivan kəndində öz həmyerlisini qətlə yetirməklə bərabər narkotik maddələrin külli miqdarda satışı ilə bağlı da təqsirləndirilir.

M.Əliyevin qardaşı Mahmud Əliyev də hazırda İnterpol xətti ilə axtarışdadır və artıq onun da gizləndiyi yer müəyyənləşib. Məlumata görə, Mahmud Əliyev də Yaponiyada gizlənir.

Axtarışda olan və müxtəlif ölkələrdə gizləndiyi ehtimal olunan 120 cinayətkardan 24-nün yeri İnterpol tərəfindən müəyyən edilib və onların tutularaq Azərbaycana ekstradisiya olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti