...

Çin mütəxəssisləri Gəncə Avtomobil Zavodunun işi ilə tanış olurlar

Siyasət Materials 22 May 2006 15:04 (UTC +04:00)
Çin mütəxəssisləri Gəncə Avtomobil Zavodunun işi ilə tanış olurlar

Bu gün Gəncə Avtomobil Zavodunun nümayəndələri Çinin yük avtomobilləri istehsal edən "Syanqan" şirkətinin rəhbərliyi ilə danışıqlar aparırlar. Bu barədə Trend ə müəssisənin rəbəri Xanlar Fətiyev məlumat verib. Danışıqların gedişində Çin avtomobillərinin Azərbaycandakı zavodda istehsal olunması məsələsi müzakirə olunur.

Mayın əvvəllərində Çinin LIFAN şirkətinin mütəxəssisləri zavodda olublar və bazarın marketinq tədqiqatlarının aparıblar. Ay yarım ərzində müəssisəyə Çindən komplektləşdiricilər gələcək və Gəncədəki zavodla Çin istehsalçıları arasında imzalanan müqaviləyə görə avtomobillərin yığılmasına başlayacaqlar. Hazırda istehsal güclərinin və sənədləşdirmənin hazırlanması aparılır.

Mart ayında imzalanan müqaviləyə görə, zavodda yarıyük (1 tondan 3,5 tona qədər) avtomobillər, mikroavtobuslar və minik avtomobilləri istehsal olunacaq.

İlin sonuna kimi 9-a dək avtomobil modifikasiyasının istehsalı qaydaya salınacaq. Yığım zavodun ərazisindəki 20 kvadrat metrlik sahəsi olan yeni sexdə təşkil olunacaq. Bütün işlər müəssisənin hesabına həyata keçirilir. Bu avtomobillərin təkcə Azərbaycanda deyil, MDB ölkələrinin ərazisində də yayılacağı ehtimal edilir.

Zavodda Rusiyanın "UAZ" markalı avtomobillərinin istehsalı da davam etdirilir. Bu ilin sonuna kimi 1,5 minə yaxın avtomobilin istehsal olunacağı nəzərdə tutulub. Şirkətin mütəxəssislərinin fikrincə, bu markadan olan avtomobillərə sorğu bu il əhəmiyyətli dərəcədə artacaq.

Xəbər lenti

Xəbər lenti