...

Təkrar parlament seçkiləri ilə bağlı Respublika Prokurorluğuna daxil olmuş 4 müraciətdən 2-si rədd edilib

Siyasət Materials 22 May 2006 18:01 (UTC +04:00)

Mayın 13-də Azərbaycan ərazisində bəzi dairələrdə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı Respublika Prokurorluğuna cinayət işinin başlanması ilə bağlı daxil olmuş 4 müraciətdən 2-si rədd edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Həmin müraciətlər 110 saylı Zaqatala Seçki dairəsindən, 9 saylı Binəqədi Seçki dairəsindən, 38 saylı Nizami (Gəncə) 2-ci seçki dairəsindən və 31 saylı Suraxanı 2-ci seçki dairəsindən olub. Müraciətlər üzrə araşdırmalar aparılıb. Nəticədə 2 müraciət üzrə cinayət işi başlanması rədd edilib. 9 saylı Binəqədi Seçki dairəsindən daxil olmuş müraciət hazırda araşdırılır. 31 saylı Suraxanı 2-ci seçki dairəsindən daxil olmuş müraciət əsasında isə artıq cinayət işi başlanıb" - deyə V.Əliyev söyləyib.

V.Əliyevin sözlərinə görə, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Xalıq Mehman oğlu Əhmədzadə barədə daxil olmuş şikayət ərizəsi araşdırılarkən məlum olub ki, o, seçicilərlə görüş zamanı vətəndaş Azayev Yakov Aleksanrdroviçi döyərək sonuncuya çoxsaylı bədən xəsarətləri yetirib.

"Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanıb və Xalıq Əhmədzadə cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluq bu cinayət işi üzrə istintaq aparılmasını Bakı Şəhər Baş Polis İdarəsinə həvalə edib" - deyə V.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti