...

"Azərbaycan Federasyonu İsveç"in təşəbbüsü ilə İsveçdə mitinq keçiriləcək

Siyasət Materials 23 May 2006 11:50 (UTC +04:00)

İranda Güney azərbaycanlıların hüquqlarının pozulmasına etiraz olaraq mayın 26-da İsveçdə fəaliyyət göstərən "Azərbaycan Federasyonu İsveç"in (AFİ) təşəbbüsü ilə İsveç parlamentinin qarşısında mitinq keçiriləcək. Trend xəbər verir ki, mitinqdə İranda mövcud olan ayrı-seçkiliyə qarşı şüarlar səsləndiriləcək.

Eyni zamanda İsveç parlamentinə bu məsələ ilə bağlı qətnamə təqdim olunacaq.

Aksiyada müğənni Araz Elsəsin mahnı ifa edəcəyi də gözlənilir. İsveç parlamenti qarşısında aksiya keçirdikdən sonra mitinqçilər İranın İsveçdəki səfirliyi qarşısına yürüş edəcək.

Qeyd edək ki, ötən həftə "İran" qəzetində azərbaycanlıları alçaldan karikaturalar dərc olunub. Buna etiraz olaraq İranın müxtəlif yerlərində azərbaycanlılar aksiya keçiriblər.

Xəbər lenti

Xəbər lenti