...

Kəmaləddin Heydərov: Bakıda ekspertiza rəyi olmadan hündürmərtəbəli binalar inşa etmək faciədir

Siyasət Materials 23 May 2006 14:56 (UTC +04:00)

Bakıda ekspertiza rəyi olmadan hündürmərtəbəli binalar inşa etmək faciədir. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bildirib ki, FHN yaranana qədər artıq inşa edilmiş hündürmərtəbəli binaların əksəriyyətinin ekspertiza rəyi yoxdur. "Biz bu məsələ ilə bağlı araşdırmalara başlamışıq. Məlum olub ki, həmin binalar Keçmiş Tikinti və Arxitektura Komitəsinin rəyi olmadan tikilib. Bir çox binaların inşasında hansı inşaat materiallarından istifadə olunması, onların hansı layihə əsasında tikilməsi bəlli deyil" - deyə K.Heydərov qeyd edib.

Nazirlin sözlərinə görə, belə binaların zəlzələyə davamlılığı, yanğın baş verərkən yanğınsöndürmə ləvazimatlarının binaya müxtəlif istiqamətlərdən daxil edilməsinin mümkünlüyü də sual altındadır.

K.Heydərov həmçinin qaz kəmərlərinin və digər strateji obyektlərin kənarındakı tikililərlə bağlı fikirlərini də açıqlayıb. "Dövlət Material Agentliyinin anbarlarına dövlət tərəfindən çəkilmiş avtomobil və dəmiryolu xətlərinin üzərində hazırda evlər tikilib. Təbii ki, vətəndaş bunu özbaşına tikməyib və bu məsələdə bələdiyyənin razılığı olub" - deyə nazir söyləyib.

Nazir bildirib ki, hazırda bununla bağlı araşdırmalar aparılır və həmin evlərin tikintisinə icazə vermiş şəxslər müvafiq şəkildə cəzalandırılacaq.

Xəbər lenti

Xəbər lenti