...

39 çimərlikdə xilasetmə məntəqəsinin istifadəyə verilməsi planlaşdırılıb

Siyasət Materials 30 May 2006 15:01 (UTC +04:00)

Abşeron yarımadasındakı 39 çimərlikdə xilasetmə məntəqələrinin istifadəyə verilməsi planlaşdırılıb. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xilasetmə məntəqələrinin çimərlik mövsümü başlayana qədər hazır olacağı bildirilib. Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin və yerli icra orqanlarının müvafiq təlimatlarına əməl etməyən çimərliklər barədə isə tədbirlər görüləcək.

Fövqəladə Hallar Nazirliyi hesab edir ki, çimərliklərdə istirahət edən insanların təhlükəsizliyi tam şəkildə təmin olunmalıdır. Bunun üçün isə həmin çimərliklər ilk növbədə beynəlxalq standartlara cavab verən müvafiq avadanlıqlarla təchiz olunmalı, qaydalara riayət edilməlidir. Çimərliklərdə yüksək təhlükəsizlik xidməti həmçinin turizmin inkişafına da şərait yaradır.

Xəbər lenti

Xəbər lenti