...

Türk-Amerika Dərnəkləri Assambleyasının nümayəndə heyəti Bakıya səfərə gələcək

Siyasət Materials 12 İyun 2006 15:05 (UTC +04:00)

Türk-Amerika Dərnəkləri Assambleyasının nümayəndə heyəti 23 iyunda Bakıya səfərə gələcək. Bu barədə Trend ə Assambleyanın prezidenti Vüral Çingiz məlumat verib.

O qeyd edib ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Assambleyanın rəhbərliyini Bakıya səfərə dəvət edib. Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Nazim İbrahimovla və başqa şəxslərlə görüşlər keçiriləcək. Əsasən Azərbaycan-türk diasporları arasında əməkdaşlıq məsələləri, yeni yaradılacaq Amerika Azərbaycan Assosiasiyaları Assambleyasına türk diasporunun verəcəyi dəstək barədə müzakirələr aparılacaq. Vüral Çingizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla bağlı daha geniş məlumatlar əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti