...

Bələdiyyə seçkilərində dövlət büdcəsindən namizədlər üçün vəsait ayrılmayacaq

Siyasət Materials 14 İyun 2006 19:11 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərə təbliğat kampaniyası üçün dövlət tərəfindən vəsait ayrılmayacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, ötən bələdiyyə seçkilərində namizədlər üçün vəsait ayrılmamışdı. R.İbrahimovun sözlərinə görə, bu dəfə də bələdiyyə üzvlüyünə namizədlər üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmayıb. MSK üzvü həm də qeyd edib ki, bələdiyyə seçkilərində iştirak edən namizədlərin sayı çox olur.

O deyib ki , 13 mayda keçirilmiş təkrar parlament seçkilərində iştirak etmiş namizədlər hələ hesabatlarını təqdim etməyiblər. Hesabatlar təqdim olunandan sonra MSK seçici səslərinin toplanmasında müvafiq baryeri aşmayan namizədlərdən onların təbliğatı üçün ayrılmış dövlət vəsaitini geri tələb edəcək.

Xəbər lenti

Xəbər lenti