...

Məlahət Həsənova NATO PA-nın seminarında iştirak edəcək

Siyasət Materials 20 İyun 2006 20:02 (UTC +04:00)

İyunun 22-24-də Rusiya Federasiyasının Soçi şəhərində NATO Parlament Asssambleyası çərçivəsində 63-cü Rouz-Rout seminarı keçiriləcək. Toplantıda Azərbaycan parlamentini Milli Məclisin deputatı Məlahət Həsənova təmsil edəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Seminarda Cənubi Qafqazda təhlükəsizlik məsələləri, Rusiya - NATO əməkdaşlığı, dondurulmuş münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu, Abxaziyada, Cənubi Osetiyada vəziyyət və digər məsələlər müzakirə olunacaq.

Deputatımız toplantıda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti