...

İyunun 23-25-də DAK-ın qurultayı keçiriləcək

Siyasət Materials 21 İyun 2006 17:37 (UTC +04:00)

İyunun 23-25-də İsveçin paytaxtı Stokholm şəhərində Məhəmmədrza Xiştinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) IX qurultayı keçiriləcək. Trend xəbər verir ki, qurultayda dünyanın müxtəlif ölkələrindən 400-dən çox nümayəndənin iştirakı gözlənilir.

Azərbaycan və Rusiyadan təxminən 130-a yaxın ziyalının qurultayda iştirakı nəzərdə tutulub. O da bildirilib ki, İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasyonu İsveç (AFİ) bir çox təşkilatları birləşdirmək istiqamətində uğur qazanıb. İsveçdə İsveç Azərbaycanlıları Birliyi və "Iahid Azərbaycan" internet televiziyası (IATI) da fəaliyyət göstərir.

Qurultayada İsveç rəsmilərinin, siyasətçilərin də iştirakı planlaşdırılır. Qurultayın gündəliyində güney azərbaycanlıların problemləri ilə yanaşı Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq. Qurultay GünazTI vasitəsilə lentə alınıb dünyada yaşayan soydaşlarımıza çatdırılacaq.

Qeyd edək ki, 1997-ci ildə yaradılan DAK iki hissəyə parçalanıb. Qurumun bir hissəsinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xişti rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti