...

Azay Quliyev: "Parlamentlərarası dostluq qruplarının fəaliyyəti bizi qane etmir"

Siyasət Materials 28 İyun 2006 14:00 (UTC +04:00)

Milli Məclisdə yaradılan parlamentlərarası dostluq qruplarının fəaliyyəti bizi qane etmir. Trend xəbər verir ki, bu barədə Azərbaycan- Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, bu məsələdə bir sıra boşluqlar var: "Biz bu məsələ ilə bağlı spikerlə də danışıqlar aparmışıq. Qarşımıza məqsəd qoymuşuq ki, bu qrupların işini sürətləndirək. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti dövlətlərarası münasibətlərin inkişafına böyük təkan verə bilər".

Millət vəkili onu da vurğulayıb ki, iyunun əvvəllərində Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvləri Rumıniyada səfərdə olublar: "Birgə əməkdaşlıq barədə iş planı tərtib etdik. Oktyabrda rumıniyalı deputatlar Azərbaycana səfər edəcək. Milli Məclisin rəhbərliyinin də Rumıniyaya səfəri planlaşdırılıb. Tərəflər belə qarşılıqlı səfərləri həyata keçirməlidir".

Onu da bildirək ki, Milli Məclisdə fəaliyyət göstərən parlamentlərarası djostluq qruplarının fəaliyyətindən Azərbaycan-Macarıstan dostluq qrupunun rəhbəri Xanhüseyn Kazımlı, Azərbaycan-Paksitan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov və Azərbaycan-Yunansıtan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadı Rəcəbli də fəaliyyətlərindən narazı qaldıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti