...

Azərbaycan Beynəlxalq Bankı Gürcüstanda öz filialını açacaq

Siyasət Materials 22 İyul 2006 13:09 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı Gürcüstanda öz filialını açacaq

Gürcüstan və Azərbaycan bank sektorları arasındakı əməkdaşlığın perspektivləri Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze və Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin Tbilisidə görüşü zamanı müzakirə edilib.

Tbilisidən, Gürcüstan Milli Bankından Trend in xüsusi müxbirinə verilən xəbərə görə, Azərbaycan bankı Gürcüstanda öz filialını açmaq niyyətindədir. Gürcüstan Milli Bankında qeyd ediblər ki, Azərbaycanın ən böyük milli bankının artıq Rusiyada filialı var.

C.Hacıyevin qeyd etdiyi kimi, Azərbaycan bankı Gürcüstanın iqtisadi həyatında fəal surətdə iştirak etmək istəyir.

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin 50%-dən çox səhmləri bu ölkənin hökümətinə məxsusdur. Bank 2005-ci ildə Azərbaycanın bank sektorunun 50,9% aktivinə ( 1 257,9 milyon ABŞ dolları), 53,48% kredit portfelinə, 61,91% depozitə, 24,58% səhm kapitalına (90,92 milyon ABŞ dolları) malikdir.

Öz növbəsində, Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze bəyan edib ki, Azərbaycanın ən böyük banklarından birinin gürcü bazarına daxil olmasını salamlayır və Gürcüstan bölgənin böyük maliyyə institutları ilə əməkdaşlıq etməyə hazırdır.

2006-cı ildə Azərbaycan Beynəlxalq Bankı beynəlxalq reytinq agentliklərindən uzunmüddətli BB+ və fərdi B alıb. EUROMONEY jurnalı Azərbaycanın bu bankını 2000-2004-cü illər ərzində Azərbaycanda ilin bankı adlandırıb, GLOBAL FİNANCE jurnalı isə Azərbaycan Beynəlxalq Bankını 2001-2005-ci illər ərzində inkişaf etməkdə olan bazar arasında həmin titula layiq görüb.

Xəbər lenti

Xəbər lenti