...

Artur Rəsizadə: "Bu il Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin 50% artması gözlənilir"

Siyasət Materials 4 Dekabr 2006 20:25 (UTC +04:00)

Yola saldığımız Rusiya Federasiyası ili Azərbaycan Respublikasında Rusiyanı bütün sferalarda göstərdi. Bu il hörmət və qardaşlıq hissini duymağa imkan yaratdı. Trend in məlumatına görə, bu barədə Azərbaycanda Rusiya ilinin bağlanması mərasimində Rusiya Federasiyasının Baş naziri Mixail Fradkov bildirib. Bu il qarşılıqlı anlaşma və əməkdaşlıq yolunda nəticələrə nail olmaq məqsədi güdürdü. Bu məqsədə nail olundu. Rusiyanın hökumət başçısı Azərbaycan prezidenti İlham Əliyevə, respublikanın baş naziri Artur Rəsizadəyə və digər rəsmi şəxslərə keçirilmiş bu ilə görə minnətdarlığını bildirib.

Azərbaycanın hökumət başçısı Artur Rəsizadə öz çıxışında qeyd edib ki, ölkələr arasında əməkdaşlıq ilbəil daha dinamik və məzmunlu olur. Bu münasibətlər strateji əməkdaşlıq ruhunda qurulur. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

"Əmtəə dövriyyəsində ölkələr arasında nəzərəçarpan yüksəliş var. Əgər ötən ildə o, 1mlrd. dollar idisə, bu göstərici də 2004-cü ilə nisbətən 29% çox idi, bu il bu göstərici 2005-ci ilə nisbətən 50% artacaq. Keçən 10 il ərzində ölkələr arasında ticarət əlaqələri beş dəfə artıb"-deyə baş nazir bildirib.

Xəbər lenti

Xəbər lenti