...

Dövlət Komitəsinin başçısı: "Xolokost muzeylərində Xocalı soyqırımı və ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən materiallar nümayiş etdiriləcək"

Siyasət Materials 11 Dekabr 2006 12:44 (UTC +04:00)
Dövlət Komitəsinin başçısı: "Xolokost muzeylərində Xocalı soyqırımı və ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən materiallar nümayiş etdiriləcək"

Xolokost muzeylərində Xocalı soyqırımını, eləcə də ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən materialları nümayiş etdirmək lazımdır. Bu barədə Trend in müxbirinə eksklüziv olaraq Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Dünyada olan bütün Xolokost muzeylərində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırım ilə bağlı materialların yerləşdirilməsi ilə bağlı çıxış edən sədr bildirib ki, bu istiqamətdə çox ciddi fikir və planlar var: "Tədriclə müvafiq işlər görülür. Təbii ki, bu mühüm qərar qəbul edildikdən sonra biz bu informsiyanı geniş ictimaiyyətin ixtiyarına verəcəyik. Lakin burda söhbət yalnız Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımdan getmir. Xocalı soyqırımından əlavə, dünyada olan bütün Xolokost muzeylərində hələ 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər regionlarında törətdiyi soyqırımla bağlı materiallar da nümayiş olunmalı, ermənilərin vəhşilikləri və qaniçən olmaları tarixi sənədlər əsasında göstərilməlidir".

2007-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın 15 illiyi ilə bağlı N.İbrahimov bildirib ki, uzun illərdir ki, bizim səfirliklər dünyanın müxtəlif ölkələrində çox yüksək və mütəşəkkil səviyyədə Azərbaycan tarixinin bu faciəvi səhfiəsini hər il qeyd edir. O qeyd edib: "Biz isə öz növbəmizdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlılara qarşı soyqırım və Azərbaycan ərazisində ermənilər tərəfindən aparılmış etnik təmizləmələr barədə informasiya və həqiqətin bütün dünyaya çatdırılmasında diasporlarımıza yardım edirik".

Xəbər lenti

Xəbər lenti