...

ABŞ-ın beynəlxalq inkişaf üzrə agentliyi Bakıda uşaqlara və ailələrə yardım mərkəzi açır

Siyasət Materials 13 Dekabr 2006 17:36 (UTC +04:00)

ABŞ-ın beynəlxalq inkişaf üzrə agentliyi dekabrın 14-də Bakının Şüvəlan qəsəbəsində uşaqlara və ailələrə yardım mərkəzi açacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Mərkəz uşaqlara ictimai əsaslarla yardım göstərilməsi proqramı çərçivəsində açılır.

2004-cü ildən başlayaraq ictimai əsaslarla uşaqlara yardım proqramı Bakıda, Mingəçevir və Goranboyda icra edilib. Proqramın əsas məqsədi - xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına kömək etməkdir.

Xəbər lenti

Xəbər lenti