...

"ADP-nin yeni siyasi mövqeyi ilə bağlı "Azadlıq" blokunun həmsədrləri arasında narazılıq yoxdur" - blokun həmsədri Ə.Əliyev

Siyasət Materials 2 Fevral 2007 13:47 (UTC +04:00)

"ADP-nin yeni siyasi mövqeyi ilə bağlı "Azadlıq" blokunun həmsədrləri arasında fikir ayrılığı yoxdur". Bu fikirləri Trend ə açıqlamasında "Azadlıq" siyasi blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.

O, qeyd edib ki, ADP-nin funksioneri Sərdar Cəlaloğlu partiyanın hakimiyyətə qarşı münasibətini dəyişməsi barədə qərarını Sədrlər Şurasının toplantısında izah edib, mövqeyini əsaslandırıb. Blokun digr həmsədrləri isə ADP-nin yeni siyasi kursuna etiraz etməyiblər: "Sonuncu toplantımızdan fikir birliyi ilə ayrıldıq. Ona görə də aramızda anlaşılmazlıqlar, narazılıqlar yoxdur"-deyə Ə.Əliyev qeyd edib.

O, əlavə edib ki, blokun Sədrlər Şurası kütləvi etiraz tədbirlərinin davam etdirilməsini zəruri sayırlar və bu məsələ yaxın günlərdə yenidən gündəmə gətiriləcək.

Xəbər lenti

Xəbər lenti