...

Azərbaycan XİN başçısı BMT-nin keçmiş və yeni əlaqələndiricilərini qəbul edib

Siyasət Materials 2 Fevral 2007 18:56 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizi tərk edən BMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Marko Barsotti və yeni nümayəndə Bruno Puezatı qəbul edib.

M.Barsotti Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə hökumətlə qurulmuş səmərəli əməkdaşlıqdan söhbət açıb, Azərbaycanın regionda lider dövlətə çevrildiyini və aparılan iqtisadi islahatlar nəticəsində davamlı inkişaf edəcəyini vurğulayıb.

Öz növbəsində nazir Elmar Məmmədyarov Azərbaycanın da bu əməkdaşlığa mühüm önəm verdiyini və əməkdaşlığın davam etdiriləcəyini qeyd edib, müxtəlif sahələrdə BMT İnkişaf Proqramı çərçivəsində daim öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizin iqtisadi artımının gələcəkdə dünyanın müxtəlif yerlərində baş verə biləcək fövqəladə vəziyyətlər zamanı daha yaxından yardımçı olmasına imkan verəcəyini bildirib. Nazir Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsində maraqlı olduğunu, ilk növbədə, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları sahələrinin inkişafı etdirilməsi istiqamətində mühüm işlərin aparıldığını, Azərbaycanda investisiya imkanlarının da artırılmasının vacibliyini qeyd edib.

Görüşün sonunda M.Barsotti BMT-nin Azərbaycanda yeni rezident-əlaqələndiricisi B.Puezatı nazirə təqdim edib və yeni nümayəndənin geniş iş planının həyata keçirilməsi istiqamətində çalışacağını bildirib.

Xəbər lenti

Xəbər lenti