...

Böyük Britaniyanın səfiri: Azərbaycanın neft gəlirlərinin təhsilə yatırılması iqtisadiyyatın inkişafına böyük təkan verəcək

Siyasət Materials 3 Fevral 2007 14:30 (UTC +04:00)
Böyük Britaniyanın səfiri: Azərbaycanın neft gəlirlərinin təhsilə yatırılması iqtisadiyyatın inkişafına böyük təkan verəcək

Trend xəbər verir ki, bu gün Azərbaycan-Britaniya Məzunları Assosiasiyası "Təbii ehtiyatların insan ehtiyatlarına keçirilməsi" mövzusunda regional konfrans keçirib.

Konfransın açılışında iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Lari Bristou, təhsil nazirinin müavini Elmar Qasımov, ARDNŞ əməkdaşı Kənan Mustafayev mövzu ilə bağlı öz münsibətlərini açıqlayaraq bildiriblər ki, bu layihə eyni zamanda iki sahənin - həm iqtisadiyyatın, həm də təhsilin inkişafına təkan verəcək.

Konfransda əsasən neft ixracatından əldə edilən gəlirin Azərbaycan tələbələrinin xaricdə təhsil almalarına yatırılması məsələsi müzakirə edilib. Xüsusən investisiyalar IT mühəndisləri və aviamühəndislərin buraxılmasının artırılması istiqamətinə yönəldilə bilər.

Xəbər lenti

Xəbər lenti