...

Azərbaycan prezidenti milli bayram münasibətilə Yeni Zelandiyanın baş nazirinə təbrik məktubu göndərib

Siyasət Materials 5 Fevral 2007 18:05 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev milli bayram - Vaytanqa Günü münasibətilə Yeni Zelandiyanın baş naziri xanım Helen Klarka təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı öz məktubunda rəhbərlik və Yeni Zelandiya xalqını milli bayram münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlər bundan sonra da dostluq və ümumi maraqlara uyğun əməkdaşlıq zəminində inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti