...

Azərbaycan ECO çərçivəsində Ticarət razılaşmasına qoşula bilər

Siyasət Materials 9 Fevral 2007 11:10 (UTC +04:00)

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində Ticarət razılaşmasına qoşula bilər. Azərbaycan XİN mətbuat mərkəzindən Trend ə bildiriblər ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşdə təşkilatın baş katibi Xurşid Ənvər qeyd edib.

Dövlət katibi vurğulayıb ki, Azərbaycanın maraqları razılaşmada nəzərə alınacaq. Azərbaycanın təşkilat üçün əhəmiyyətini qeyd edərək X.Ənvər ölkənin iqtisadi nailiyyətlərini yüksək qiymətləndirib.

Görüşdə tərəflər ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə üzv dövlətlərin iş adamları üçün viza prosedurlarının asanlaşdırılması məsələsini müzakirə ediblər. Azərbaycan XİN rəhbəri təşkilat çərçivəsində bu cür qərarın qəbul edilməsinin vacibliyini qeyd edib. Nazir həmçinin yeni əlaqələrin yaradılması üçün iş adamlarının qarşılıqlı səfərlərinin təşkil edilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti